29 avqust tarixində Azərbaycanın şəhid jurnalisti, Milli Qəhrəman Çingiz Mustafayevin doğum günü idi.
Çingiz Mustafayev 1960-cı ildə dünyaya gəlib. Tibbi təhsil almasına baxmayaraq, 1991-ci ildən o həyatını jurnalistika ilə əlaqələndirib.
I Qarabağ müharibəsi başlayandan sonra cəbhə bölgələrinə yollanan Çingiz ölkənin döyüş gedən rayonlarından operativ xəbərlər və xüsusi reportajlar hazırlayaraq Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırıb.
Qısamüddətli fəaliyyəti ərzində Çingiz Mustafayev Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib.
Çingiz Mustafayev 1992-ci ilin iyunun 15-də Əsgəran rayon Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirib və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. O, ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.