Amerikanın Sent-Luis şəhərində keçirilən “Grand Chess Tour” seriyasının sonuncu mərhələsi olan “Sinquefield Cup” turniri avqustun 26-da başa çatıb. Nəticədə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov yeddinci yeri tutub.
Doqquzuncu tur çərçivəsində Şəhriyar Məmmədyarov fransalı şahmatçı Maksim Vaşye-Laqrav ilə qarşılaşıb. Oyun heç-heçə başa çatıb.
Bununla da “Grand Chess Tour” seriyasına yekun vurulub. Nəticədə azərbaycanlı şahmatçı seriyada üçüncü yeri tutub və ümumilikdə 127 min dollar mükafat qazanıb.