Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov 31 avqust tarixində Aimchess US Rapid turnirinin ¼ finalının ilk qarşılaşmasında 1-3 hesabı ilə Levon Aronyana məğlub olub. Mərhələnin növbəti qarşılaşmaları bu gün keçiriləcək.
Digər oyunlarda Artemyev - Domingez 2-2; Firudja - So 2,5 - 0,5; Karlsen - Duda 2,5 - 0,5 nəticələri qeydə alınıb.