Xalq yazıçısı Çingiz Abdullayev koronavirusa yoluxması xəbərinə Facebook hesabında aydınlıq gətirib:
“8 gün əvvəl koronavirusun ən xoşagəlməz “Delta” ştammına yoluxmuşam. Başım ağrıyırdı, titrəməm var idi”.
Yazıçı qeyd edib ki, xəstəliyi ağır şəkildə keçirmir. Buna səbəb kimi o, 4 ay əvvəl vaksin vurdurmasını və Avropadan sifariş edilən dərmanları və vitaminləri qəbul etməyini göstərib.
***
13:10
Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev koronavirusa yoluxub və klinikaların birində müalicə olunur. Bu barədə yazar avqustun 31-də Sputnik Azərbaycan-a məlumat verib.
Hazırda onun vəziyyəti sabitdir.
Çingiz Abdullayevin əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Yazıçının 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. Xidmətlərinə görə o, "Qırmızı Əmək Bayrağı", "Şöhrət” və "Dostluq" ordenləri ilə təltif olunmuşdur.