Kərbəla ziyarətində olan zəvvarlarımızdan biri piyada səfəri zamanı dünyasını dəyişib.
İnsanoid “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Göyçay rayon sakini, Kərbəlayi Elşən kimi tanınan həmyerlimiz Kərbəla şəhərinə daxil olarkən qəfil vəfat edib. O, elə Kərbəla şəhərində dəfn olunub.
Bundan başqa Nəcəf şəhərində Bakı şəhər sakini Hacı Rafiq adlı azərbaycanlı zəvvar da vəfat edib. O da vəfat etdiyi şəhərdə dəfn edilib.