Şirvanda oktyabrın 13-də əvvəllər də məhkum olunmuş iki şəxs saxlanılıb. Bu barədə DİN məlumat verib.
Onlardan birinin qanunsuz odlu silah-sursat saxladığı, digərinin isə narkotik satışı ilə məşğul olduğu müəyyən edilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsin evində iki büküm metamfetamin, altı büküm heroin və bir ədəd elektron tərəzi aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam edir.