Bakı məktəblərinin IX sinif şagirdləri üçün buraxılış imtahanı fənn bloku üzrə monitorinq aparılıb. Bu barədə martın 16-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat verib.
Yoxlama zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə bilikləri qiymətləndirilib. Məqsəd buraxılış imtahanı fənn bloku üzrə tədris keyfiyyətini daha da artırmaq, məktəb özünüqiymətləndirməsi ənənəsini formalaşdırmaq və təlim nəticələrini təhlil etmək olub.
Monitorinq nəticələri yaxın zamanlarda açıqlanacaq.