Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Bu barədə dekabrın 22-də Report məlumat verib.
Hökmə əsasən, o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, saxlanılan 59 yaşlı şəxs dekabrın 13-də Xəzər rayonunda aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı 35 yaşlı kürəkənini güllələyib.
Zərərçəkmiş hadisə nəticəsində dünyasını dəyişib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb.