Şəkidə “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi tərəfindən təşkil olunan Qida Festivalı keçirilir. Bu barədə 4 sentyabr tarixində report.az məlumat verib.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin məqsədi regionlarda yerli qida məhsullarının potensialının artırılması və yerli və xarici qonaqlar arasında regionun qida ənənələrinə diqqəti artırmaqdır.
Festivalda Şəki, Zaqatala, Qəbələ, Oğuz, Qax və Balakən rayonlarının ənənəvi yeməkləri və yerli kənd təsərrüfatı məhsulları təqdim edilib.
Tədbirdə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi, Avropa İttifaqı üzv ölkələrinin səfirlikləri və Milli Məclisin üzvləri daxil olmaqla, 200-dən çox qonaq iştirak edir.