Azərbaycanlı gənclər Kiyevdə “Azadlıq” meydanında aksiya keçiriblər. Bu haqda Azərbaycan Gənclər Fondu oktyabrın 15-də məlumat yayıb.
Bu tədbir ölkəmizin həqiqətlərini dünyaya çatdırmaq məqsədilə ASAP-a üzv olan xaricdə təhsil alan gənclər tərəfindən təşkil olunub.
İştirakçılar əllərində “Qarabağ Azərbaycandır” yazılı plakatlar tutublar. Ermənistanın törətdiyi hərbi cinayətləri və vandalizmi insanlara xatırlatmaq üçün şəhər sakinlərinə ətraflı məlumatları əks etdirən bukletlər paylanılıb.
44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar aksiyalar qarşıdakı günlərdə digər Avropa şəhərlərində də davam edəcək.
[gallery columns="2" size="full" ids="10136,10137"]