top
“Kosanın qarnına bağlanan yastıq ikicanlı olduğunu göstərir” – Folklorşünas ilə MÜSAHİBƏ
25 fevral 2025, 08:03
- ↺ +

“Kosanın qarnına bağlanan yastıq ikicanlı olduğunu göstərir” – Folklorşünas ilə MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Adət-ənənələrimiz yoxa çıxmayıb. Sadəcə bəziləri məişət mədəniyyətinin dəyişməsi ilə aradan gedib”.

Bu sözləri Bakuplus.az-a müsahibəsində AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Sevinc Qasımova deyib.

Müsahibəni təqdim edirik:

– Sevinc xanım. Bu gün Su çərşənbəsidir. Bu barədə nə deyə bilərsiniz?

– Bu gün ən müqəddəs çərşənbələrdən biri – Su çərşənbəsidir. Xalq arasında bu çərşənbəyə “əzəl çərşənbə”, “gözəl çərşənbə” də deyirlər. Əski inanclara görə, su sağlamlığın, təmizliyin, paklığın rəmzidir. Su çərşənbəsi günü səhər tezdən axar suyun üstünə üz tutub çilə kəsdirər, niyyət edərlər. Suyun üstündən tullanar və “ağırlığım su üstünə” deyərlər. Su çərşənbəsində yeni ilin gəlişi ilə bağlı su təzələnir. Ona görə də bu çərşənbə su ilə bağlıdır.

– Hər çərşənbənin özünəməxsus xüsusiyyətləri nələrdir və bunların mənası necə izah edilə bilər?

– Novruz bayramının mifik fəlsəfəsinə görə, təbiət qışda ölür, yazda dirilir. Dörd ilaxır çərşənbə yazın, yeni ilin ərəfəsidir. Hər çərşənbədə bir ünsür oyanır. Bunların oyanması ilə bütün təbiət dirilir və yeni il başlanır. Bu, Novruzun fəlsəfədir. Dörd çərşənbənin dörd ünsür ilə bağlılığı Novruzun təbiət, dünya və varlıq aləmi haqqındakı fəlsəfəsini ortaya qoyur.

– Novruz çərşənbələri hansı əlamətləri ilə seçilir və bu əlamətlərin yerli inanc və adətlərlə əlaqəsi nədir? Novruz çərşənbələrinin tarixi və mənası haqqında nə deyə bilərsiniz?

– Çərşənbələr baharın gəlişini, yenilənməsini simvolizə edir. İnsanların təbiətə, bir-birinə bağlılığını gücləndirir. Hər çərşənbəyə xas olan fəaliyyətlər var. Xüsusi yeməklərin hazırlanması, xalq oyunları, mahnılar və müxtəlif adətlər.

Od çərşənbəsi əski görüşlər ilə bağlı olub, Günəşə, oda, odu qoruyub saxlama inamı ilə əlaqədardır. Qədim azərbaycanlılar Günəşi, odu, ocağı həyat verən tanrı sayıblar. Ona sitayiş ediblər. Od dünyanın xeyirxah qüvvələrinin başlanğıcı, himayəçisi kimi təsəvvürə gəlir. Tonqal qalama mərasimi digər çərşənbələrdən fərqlənir. Çünki bu çərşənbədə daha hündür yerdə tonqal qalanır, insanlar ətrafına toplaşır. Odun müqəddəsliyini, qüdrətini və böyüklüyünü tərənnüm edən mahnılar oxuyurlar. İnsanlar yeddi dəfə od üstündən tullanaraq, “ağırlığım, uğurluğum odda yansın” deyirlər. Və ya deyirlər ki, “sarılığım sənə, qırmızılığın mənə”.  Od çərşənbəsində artıq havalar isinməyə doğru gedir.

Yel çərşənbəsində artıq əsən isti və ya soyuq küləklər yazın gəlişindən xəbər verir. Bu çərşənbədə yel oyanmış suyu və odu sanki hərəkətə gətirir. Bəzi bölgələrdə bu çərşənbəyə “ölü çərşənbə” də deyirlər. Xalq arasında ata-baba günü kimi də qeyd edilir. Bəzi bölgələrdə sırf bu çərşənbədə qəbir üstünə ziyarətə gedirlər, qəbir abidəsini səliqəyə-sahmana salırlar. İldönümü olmayan adamlar üçün “qara bayram” edirlər, ehsan verirlər.

Novruz bayramı öncəsi qeyd edilən İlaxır çərşənbə — Torpaq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik köklərini ehtiva edir və  dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni cücərdilməsi, xonça hazırlanması, qapı pusulması, şam yandırılması, bayramlaşma, fala baxma və bir çox digər adət-ənənələr var. Bu bayramda hər kəs evində olmalıdır. İnanclara görə, ilaxır çərşənbədə insan evində olmasa 7 il həmin bayramı evində qeyd etmir.

– Novruz bayramı ilə bağlı keçirilən çərşənbələr toplumda hansı mədəni və sosial rolu oynayır?

– Bu çərşənbələrin keçirilməsinin böyük bir əhəmiyyəti var. Çərşənbələr insanları bir-birinə mehriban edir. Ümumiyyətlə Novruz bayramı insanları bir yerə toplayır. Bu bayramın gözəl adət-ənənələri var. Onlardan biri də küsənlərin barışmasıdır. Çox gözəl adətdir.

Bu bayram paylaşma, yardımlaşma bayramıdır. İnsanlar bir-birinə kömək edirlər. Maddi cəhətdən zəif olan insanlara əl tutulmalıdır. Bayram payı götürürlər. Xəstələr ziyarət olunur. Evdə bişirilmiş şirniyyatlardan, çərəzlərdən və meyvələrdən aparılır.

Novruz bayramının adət-ənənələrindən biri də kimsəsiz və yetim insan üçün el-obanın yığışıb Mürvət toyu etməsidir. Toyun bütün xərcini camaat çəkirdi.

– Folklorşünas olaraq Novruz çərşənbələrinin müasir dövrdə hansı dəyişikliklərə uğradığını düşünürsünüz? Əvvəlki illərə nisbətən sanki insanların çərşənbələri qeyd etməyə maraqları qalmayıb. Novruz çərşənbələri niyə əvvəlki kimi qeyd olunmur? Adət-ənənələr itibmi?

– Adət-ənənələrin yoxa çıxdığını düşünmürəm. Bəzi adət-ənənə var ki, məsələn, şal sallamaq, torba atmaq, onlar məişət mədəniyyəti ilə əlaqədar unudulub. Kənd və rayon yerlərindəki əvvəlki ənənələr “Dəli Kür” filmində əks olunub. Uşaqlar bacadan şal və ya torba sallayırlar. Amma indi əvvəlki kimi alçaq damlı evlər yoxdur ki, şal sallasınlar.

– Çərşənbələrdə və bayramda hazırlanan ənənəvi yeməklər, şirniyyatlar haqqında nə deyə bilərsiniz? Bunların folklorda xüsusi yeri varmı?

– Şirniyyat növlərinin üzərində xalqımızın qədim astroloji görüşlərini əks olunduğunu görmək mümkündür. Novruz süfrəsinin bəzəyi şorqoğalıdır. O, Günəşin, şəkərbura Ayın, üçbucaq şəkilli paxlava səmanın, uzun ağ bükmə kəhkəşanın, rəngarəng noğullar səmadakı ulduzların simvollarıdır. Novruz bayramı münasibəti ilə bişirilən şirniyyatlar yeddi növdür. Səməni halvası, şorqoğalı, şəkərbura, paxlava, bükmə, süd çörəyi, tıxma və ya kətə.

Diqqət yetirdiyimiz məqamlardan biri də Novruz süfrəsinin yeddilik ilə əlaqəli olmasıdır. İlk növbədə demək lazımdır ki, bütün mənbələrdə Novruz süfrəsi şirniyyat süfrəsi hesab olunur. Bəzi qədim Şərq kitablarında bu süfrənin insana qüdrət, ecazkarlıq, uzun ömür və sağlamlıq bəxş etdiyi qeyd olunur. Novruz süfrəsində “s” hərfi ilə başlayan yeddi naz-nemət olması vacib hesab edilir.  İl təhvil olan zaman evə gətirilən su, səməni halvası, südlü aş, süzmə, süd, səməni şorbası və onun üzərinə səpmək üçün sumaq əsasdır.

– Şaxta baba pay verir, Kosa və Keçəl isə nimdaş paltarda pay yığır. Bu personajların bizə utanc gətirdiyini deyənlər, hətta onları dilənçi adlandıranlar var. Bu məsələyə münasibətiniz necədir?

– Bu fikirlərlə ümumiyyətlə razı deyiləm. Novruz bayramında keçirilən tamaşalardan ən gözəli və geniş yayılanı elə “kosa-kosa” və “xan bəzəmə” tamaşasıdır. Kosa qışın rəmzidir. Əynində tərsinə geyinilmiş kürk və üzünə vurulmuş un birbaşa qarı, qışı təmsil edir. Digər atributlar da köhnə ili göstərir. “Kosa-kosa”da ancaq yazla qışın mübarizəsi əks olunur. Kosa köhnə ilin – qışın obrazıdır. Lakin o, təkcə qışı yox, gəlməkdə olan yazı da təmsil edir. Onun qarnına paltarının altından bağlanan yastıqca kosanın ikicanlı, yəni hamilə olduğunu göstərir. Kosanı qapı-qapı gəzdirən uşaqların nəğməsindən də hər şey bəllidir: “Mənim kosam canlıdır, qolları mərcanlıdır, kosama əl vurmayın, kosam ikicanlıdır”.

Nəzrin Vahid 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
Dünən, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Cəmiyyət
Dünən, 10:36

Məhkəmədə cəzaların toplanması qaydası dəqiqləşdi: Amnistiya alanlarla bağlı qərar

Cəmiyyət
Dünən, 09:49

Məktəbdəki insidentlə bağlı AÇIQLAMA

Cəmiyyət
Dünən, 09:11

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib - FOTO

Cəmiyyət
Dünən, 09:00

ABŞ-də vəfat edən qadının valideynləri OpenAI-ı məhkəməyə verib

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 33-cü günü: Qətiyyətli zəfərə gedən yol

İdman
28 oktyabr 2026, 16:43

Qadınların 95,3%-i, kişilərin 84%-i idmanla məşğul olmur: Azərbaycanda aparılan araşdırma nəyi göstərdi? - TƏHLİL

Cəmiyyət
28 oktyabr 2026, 15:00

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb

Cəmiyyət
28 oktyabr 2026, 14:54

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb

Cəmiyyət
28 oktyabr 2026, 14:35

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib

Cəmiyyət
28 oktyabr 2026, 13:51

Məmurlar bu hallarda vəzifədən getməli olacaqlar

Cəmiyyət
28 oktyabr 2026, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
28 oktyabr 2026, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Siyasət
28 oktyabr 2026, 12:23

"Fənərbaxça"nın prezidenti qəza törətdi: Zədələnən avtomobil satışa çıxarıldı – VİDEO

Cəmiyyət
28 oktyabr 2026, 11:22

Tək təkər üzərində basketbol və xokkey: Birtəkərli velosipedlərdə keçirilən unikal yarışlar - VİDEO

Cəmiyyət
28 oktyabr 2026, 11:09

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb

Siyasət
28 oktyabr 2026, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
28 oktyabr 2026, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib

Cəmiyyət
28 oktyabr 2026, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
28 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
27 oktyabr 2026, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Oxşar xəbərlər