Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti, “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxs və elmi-tədqiqat institutlarına fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir. Bu barədə 1 aprel tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Məlumatda qeyd olunub ki, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər 5 aprel 2022-ci il tarixdən başlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmaqla qeydiyyatdan keçməlidirlər.
Qeyd olunub ki, sənədlər may ayının 5-dək qəbul olunacaq.