Lənkəran rayon Tütəpeştə kənd sakini 3 sentyabr tarixində narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olduğuna görə saxlanılıb. Saxlanılan şəxsin üzərində 47 qramdan çox marixuana aşkarlanıb, evində isə 4 kiloqramdan çox marixuana və kultivasiya yolu ilə yetişdirilən 31 kiloqramdan çox çətənə kolu aşkarlanıb. Bu barədə DİN məlumat verib.
Faktla bağlı araşdırma davam edir.