Lənkəranlı fermerlər kivi yığımına başlayıb. Bu il məhsuldarlıq çox olduğu üçün kivi xaricə ixrac olunub. Bu barədə 27 avqust tarixində azərtac.az saytında bildirilib.
Təsərrüfat sahibi Rəftarə Şükürovanın sözlərinə görə, bu il 3 hektardan çox ərazidə 2000 kivi ağacı əkilib.
“Yerli sakinlər yığım zamanı bu təsərrüfata gələrək gündəlik qazanclarını aparırlar. Günə 300 kiloqramdan çox kivi yığıram. Yaxşıdır, işimdən razıyam”, - təsərrüfatın daimi işçisi Gülgəz Cabbarova söyləyib.
Kiloqramı 1 manat 50 qəpiyə satılan kivi hazırda Ukrayna bazarına aparılır.
Lənkəranda 2021-ci ildə ümumilikdə 11 hektara yaxın kivi bağları salınıb. Lənkərandan savayı kivi istehsalı ilə məşğul olan əsas rayonlar sırasına Astara, Balakən və Masallı daxildir.