Ləğv olunmuş “Royal Bank”ın direktoru Fuad Cam 13 il, onun atası bankın Müşahidə Şurasının sabiq sədri Əli Cam 8 il azadlıqdan məhrum edilib. Bu haqda martın 31-də APA məlumat yayıb.
Proses Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.
Qeyd edək ki, bankın direktoru bir neçə il beynəlxalq axtarışda olub. O, 2020-ci ilin aprel ayında saxlanılaraq Azərbaycana gətirilib. Vətəndaş “mənimsəmə- külli miqdarda olmaqla törədildikdə” maddəsilə ittiham edilib. Onun atası isə külli miqdarda vergidən yayınmaqda təqsirləndirilib.
Zərərçəkmiş qismində Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu tanınır.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2012-ci il 13 iyul tarixli qərarı ilə adıçəkilən banka verilən lisenziya ləğv olunub.