Lənkəranda qanunsuz balıq ovlayan rayon sakini müəyyən edilib. Bu barədə aprelin 16-da Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
Hadisə rayonun Sütəmurdov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Saxlanılan şəxsdən ov aləti və qanunsuz olaraq ovladığı 71 ədəd balıq götürülüb. Təbiətə vurulan maddi ziyanın məbləği 1 067 manat təşkil edib.
Fakt üzrə araşdırma aparılır.
“Qeyri-qanuni balıqçılıq və ovçuluq, su sahəsinin çirkləndirilməsi və digər hallar aşkarlandıqda təqsirkar şəxslərə qarşı qanunla nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq ediləcək”, - deyə Nazirlikdən xəbərdarlıq edilib.