Azərbaycan Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Bunu oktyabrın 15-də Prezident İlham Əliyev MDB-nin Dövlət Başçıları Şurasının iclasındakı çıxışında söyləyib.
“30 il ərzində Ermənistan İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”, - deyə ölkə başçısı qeyd edib.
İlham Əliyevin sözlərinə görə, Azərbaycan-İran sərhədinin digər sahələrində saxlanılan heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb.
Prezidentin çıxışının tam mətni ilə president.az saytında tanış olmaq olar.