Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun azadlıqdan məhrum edilmə cəzası 8 ildən 4 il 6 aya endirilib. Bu barədə Bakı Apellyasiya Məhkəməsində oktyabrın 11-də keçirilən prosesdə qərar verilib.
İstintaqla sözügedən şəxs tərəfindən mədəniyyət müəssisələrinin tikintisi üçün ayrılan vəsaitlərin mənimsəməsi məlum olub. O, “külli miqdarda rüşvət alma” və “vəzifə saxtakarlığı” maddələri ilə ittiham olunub.
Rafiq Bayramov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Onunla eyni vaxtda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov da saxlanılıb.