Gəncədə eşidilən partlayış səsinin Şəmkirdəki Seyfəli poliqonunda istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların utilizasiyası ilə bağlı olduğu məlum olub. Bu barədə oktyabrın 13-də Müdafiə Nazirliyi məlumat yayıb.
“Əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur”, - deyə Nazirlikdən bildirilib.