Bakı və Sumqayıtda, həmçinin Abşeron rayonunda yerləşən 300 məktəbdə monitorinqlər aparılıb. Bu barədə dekabrın 14-də Təhsil Nazirliyi məlumat yayıb.
Monitorinqin məqsədi ümumi təhsil müəssisələrində sanitar-gigiyena qaydalarına əməl edilməsi və koronavirusa qarşı aparılan tədbirlərin həyata keçirilməsinin yoxlanılmasıdır.
Aparılan monitorinqlərin nəticələrinə əsasən, məktəblərdə bu istiqamətdə işin daha yaxşı təşkili ilə bağlı tövsiyələr verilib.
Monitorinq təhsil nazirinin “Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqin aparılması barədə” əmrinin tələblərinə uyğun olaraq həyata keçirilib.