Son dörd il ərzində məktəbli formalarının qiymətində dəyişiklik yoxdur. Bu barədə 24 avqust tarixində Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Trend-ə bildrib.
“Yeni formalar hələ təsdiq olunmayıb. Ötən il istifadə olunan formalar satışa çıxarılıb. 1-6-cı siniflər üçün 26-44 ölçüdə forma 40 manat, 7-11-ci siniflər üçün 32-54 ölçülü formalar isə 46 manatdır. 26-42 ölçülü tək şalvarlar 15 manat, 44-56 ölçüdə olanlar isə 18 manatdır. Eynilə, tək yubkaların da qiyməti müvafiq olaraq 15 və 18 manatdır”, - deyə şöbə müdiri məlumat verib.