Müəllimlər üçün peşə məktəblərinə işə qəbul müsabiqəsi avqustun 27-də başlayıb. Müsabiqə 5 sentyabr saat 23:59-dək davam edəcək. Bu barədə Təhsil Nazirliyi məlumat verib.
Konkurs çərçivəsində ümumilikdə Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərlərində 55 vakant yer mövcuddur.
Namizədlər bölmələr üzrə “müraciət forması”-nı dolduraraq iki yaxın ixtisas üzrə beş vakansiya seçə bilərlər.
Müvafiq ixtisas üzrə təhsil, iş və tədris təcrübəsi olan, həmçinin xaricdə təhsil alan namizədlərə üstünlük veriləcək.
Elektron müraciətlər bitdikdən sonra müsahibə mərhələsi başlayacaq.