Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasına əsasən, 2022-2026-cı illərdə mənzil-kommunal istismar sahələrinin (MKİS) ləğvi planlaşdırılır. Bu barədə dekabrın 20-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib.
Məlumata görə, yeni strategiya üzrə mənzil-kommunal təsərrüfatının islahatı ilə bağlı məsələlər nəzərdə tutulub.
"Bu proses mərhələli şəkildə icra olunacaq. Hazırda dövlət strukturları strategiyanı müzakirə edir. Ümumi şəkildə deyə bilərəm ki, yeni strategiya dayanıqlı islahatları nəzərdə tutur", - deyə icraçı direktor söyləyib.