top
Məhkəmədə Tovuz döyüşlərindən sonra lentə alınmış videomaterial nümayiş etdirilib
30 oktyabr 2025, 03:59
- ↺ +

Məhkəmədə Tovuz döyüşlərindən sonra lentə alınmış videomaterial nümayiş etdirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 30-da sənədlərin elan olunması ilə davam etdirilir.

Report.az xəbər verir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Davit İşxanyanın müraciəti əsasında 2020-ci ildə Tovuz hadisələrindən (Tovuz döyüşləri – red.) sonra lentə alınmış videomaterial tədqiq olunub.

Xatırladaq ki, D.İşxanyanın vəkili oktyabrın 24-də keçirilən məhkəmə iclasında həmin videonun tədqiqi üçün vəsatətlə çıxış etmişdi.

"Youtube" sosial şəbəkəsində 2020-ci il avqustun 28-də yerləşdirilmiş video nümayiş etdirilib. Videomaterialda Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Sərdarabadda Ermənistan hərbçiləri təltif edilir. Arayik Harutyunyanın da iştirak etdiyi tədbirdə çıxış edən Nikol Paşinyan bildirib ki, təltif olunanların hamısı iyul döyüşlərinin fəal iştirakçılarıdır.

Dövlət ittihamçısı Vüsal Abdullayev təqsirləndirilən şəxs Arayik Harutyunyana suallar ünvanlayıb. Əvvəlcə qeyd edib ki, videoda iyul döyüşlərində iştirak edən Ermənistan hərbçiləri təltif olunur. "Həmin tədbirə hansı məqsədlə və hansı statusla dəvət olunmuşdunuz?

2020-ci il iyunun 19-da Ermənistan Respublikası və qondarma qurumun birgə Təhlükəsizlik Şurasının iclası keçirilib. Orada iştirakınızın məqsədi nə idi? Siz məhkəmə istintaqı zamanı bildirmisiniz ki, iyul döyüşlərinin qondarma rejimlə heç bir əlaqəsi olmayıb. Bu iclas hansı zərurətdən yaranmışdı və hansı məsələlər müzakirə edilib?", - deyə dövlət ittihamçısı suallar verib.

Təqsirləndirilən şəxs cavabında bildirib ki, qondarma qurumun nümayəndələri Ermənistan Respublikasında keçirilən bu cür tədbirlərə daim dəvət olunurdu. İclasda isə Ermənistan Respublikasının təhlükəsizlik məsələləri, ordunun hazırlıq vəziyyəti və ehtimal olunan müharibə ssenariləri müzakirə edilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər