Ötən ay, martda işğaldan azad edilmiş ərazilərə təşkil edilən avtobus reyslərilə Bakıdan Şuşaya 799, Ağdama isə 154 sərnişin daşınıb. Bu haqda aprelin 1-də APA xəbər verib.
Həmçinin Bərdə avtovağzalından Ağdama 408, Əhmədbəyli avtostansiyasından isə Şuşaya 470 nəfər səfər edib.
Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Biletləri “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn qaydada almaq olar.