top
Metro xətləri ayrılır, sərnişin axını tənzimlənir – Bakı metropoliteni
10 aprel 2025, 23:00
- ↺ +

Metro xətləri ayrılır, sərnişin axını tənzimlənir – Bakı metropoliteni

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı metropolitenində sərnişin axınının tənzimlənməsi, qatarların hərəkət intervalının optimallaşdırılması və ümumi xidmət keyfiyyətinin artırılması məqsədilə xətlərin ayrılması istiqamətində kompleks tədbirlərə başlanılıb. Bu barədə İnsanoid.com Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinə istinadən xəbər verir.

Hazırda metropoliten şəbəkəsində üç xətt fəaliyyət göstərir: qırmızı, yaşıl və bənövşəyi. Onlardan yalnız bənövşəyi xətt tam müstəqil rejimdə çalışır. Qırmızı və yaşıl xətlər isə “28 May” stansiyasında kəsişərək birgə infrastrukturdan istifadə edirlər. Bunun nəticəsində qırmızı və yaşıl xətt üzrə hərəkət edən qatarlar yalnız növbəli şəkildə – ən yaxşı halda 4 dəqiqəlik intervalla – platformaya daxil ola bilir. Onların birgə istifadə etdiyi hissədə isə interval 2 dəqiqəyədək azalır. Bu vəziyyət, xüsusilə 4 dəqiqəlik intervalda işləyən stansiyalarda platformalarda sıxlığın artmasına və gözləmə müddətlərinin uzanmasına səbəb olur.

Mövcud şəraitdə problemin əsaslı və uzunmüddətli həlli – yaşıl və qırmızı xətlərin bir-birindən tam şəkildə ayrılması və hər birinin müstəqil fəaliyyət rejiminə keçməsidir.

Bu məqsədlə ilk olaraq “Dərnəgül” elektrik deposunun tikintisinə start verilib. Bu depo yaşıl xəttin müstəqil texniki təminatını, digər xətlərdən tam ayrılaraq müstəqil fəaliyyət göstərməsini və qatarların gecələməsini təmin edəcək.

Depo tikintisinin birinci mərhələsi başa çatdıqdan sonra növbəti əsas mərhələyə – “Cəfər Cabbarlı” və “Nizami” stansiyalarını birləşdirəcək yeni tunelin tikintisinə start veriləcək. 1976-cı ildən fəaliyyət göstərən mövcud tunel modifikasiya olunacaq, əlavə 200 metrlik yeni tunel tikilərək “Nizami” stansiyasını birbaşa “Cəfər Cabbarlı” stansiyası ilə birləşdirəcək. Bununla da yaşıl xətt müstəqil şəkildə işləməyə başlayacaq.

Birləşmə tunelinin tikintisi mürəkkəb geoloji şəraitdə həyata keçiriləcəyindən yerli və beynəlxalq mühəndislərin ilkin qiymətləndirmələrinə əsasən, işlərin təxminən 10-11 ay davam edəcəyi proqnozlaşdırılır. İşlərin təhlükəsiz, keyfiyyətli və mümkün qədər qısa müddətdə başa çatdırılması üçün bütün texniki resurslar səfərbər ediləcək.

Bundan başqa, layihə çərçivəsində bu işlərə paralel şəkildə sərnişinlərin rahat keçidi üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirəcək əlavə keçid tunelinin tikintisi də planlaşdırılır.

Tikinti dövründə nəqliyyatın təşkili və məhdudiyyətlər

Xətlərin ayrılması layihəsinin əsas mərhələsi olan yeni tunelin tikintisinə 2025-ci ilin sonunda başlanması nəzərdə tutulub. Məhz bu tarixdən etibarən sərnişinlərin səfərlərində müəyyən dəyişikliklər baş verəcəkdir. Tikinti müddətində “Nizami” stansiyası yaşıl xətt üzrə müvəqqəti son dayanacaq olacaq və bu səbəbdən:


  • "Dərnəgül" istiqamətindən gələn sərnişinlər “Nizami” stansiyasında metronu tərk edərək qırmızı xəttə keçmək üçün alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar;

  • “Həzi Aslanov” istiqamətindən gələn sərnişinlər isə “28 May” stansiyasında metronu tərk edərək yaşıl xəttə keçmək üçün eyni qaydada alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar.


İçərişəhər–28 May–Həzi Aslanov xətti üzrə qatarların hərəkəti əvvəlki qaydada davam edəcək və bu istiqamətdə heç bir məhdudiyyət gözlənilmir. Əksinə, bu marşrutda intervalların daha da qısaldılması və xidmətin daha stabil həyata keçirilməsi planlaşdırılır.

Sərnişinlərin minimum narahatlıqla bu dövrü keçməsi üçün Bakı Metropoliteni və aidiyyəti dövlət qurumları birgə fəaliyyət göstərəcək. Hazırda ekspress avtobus marşrutlarının təşkili istiqamətində hazırlıq işləri aparılır və bu barədə ictimaiyyətə vaxtında məlumat veriləcək.

Əlbəttə ki, bu keçid dövrü sərnişinlər üçün müəyyən dərəcədə narahatlıq yarada bilər. Lakin nəzərə almaq lazımdır ki, bu, gələcəkdə daha sürətli, daha sıx qrafiklə və rahat şəkildə hərəkət edən metro xətlərinə keçid üçün zəruri mərhələdir.

Tikinti sonrası gözlənilən dəyişikliklər və üstünlüklər

Görüləcək işlərin nəticəsində platformalarda sərnişin sıxlığı azalacaq və gözləmə müddəti qısalacaq. Bildiyiniz kimi, bu gün “28 May” stansiyasında həm “İçərişəhər”, həm də “Dərnəgül” istiqamətinə gedən qatarlara eyni platformada növbəli şəkildə minik həyata keçirilir. Bu isə sərnişin axınının bir-birinə mane olması, platformada sıxlıq və nizamsızlıq kimi problemlərə səbəb olur.

Xətlərin ayrılması ilə bu xaotik vəziyyət aradan qalxacaq və bununla da “28 May” stansiyasından yalnız “İçərişəhər” və “Həzi Aslanov” istiqamətinə, “Cəfər Cabbarlı” stansiyasından isə yalnız “Dərnəgül” və “Xətai” istiqamətinə gedən qatarlara minik mümkün olacaqdır.

Əgər sərnişinin son dayanacağı hazırda olduğu xətt üzrə yerləşmirsə, o zaman "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında keçid edərək digər xətdə səfərini rahatlıqla davam etdirə bilər. Bu, qatarlara minik prosesini daha rahat və dinamik edərək platformada gözləməni nizamlı və təhlükəsiz hala gətirəcəkdir.

Bununla yanaşı, xətlərin ayrılması sayəsində qatarlararası interval da mərhələli şəkildə azalacaqdır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Siyasət
Bu gün, 12:23

"Fənərbaxça"nın prezidenti qəza törətdi: Zədələnən avtomobil satışa çıxarıldı – VİDEO

Cəmiyyət
Bu gün, 11:22

Tək təkər üzərində basketbol və xokkey: Birtəkərli velosipedlərdə keçirilən unikal yarışlar - VİDEO

Cəmiyyət
Bu gün, 11:09

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb

Siyasət
Bu gün, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
Bu gün, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Dünən, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Dünən, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Dünən, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Dünən, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Dünən, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Dünən, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Oxşar xəbərlər