İmişlidə yol qəzası nəticəsində bir nəfər xəsarət alıb. Bu barədə 22 mart tarixində Apa məlumat verib.
Məlumata əsasən, hadisə Hacıqabul-Horadiz magistralının 74-cü kilometrliyində, İmişli rayonunun ərazisində qeydə alınıb. Belə ki, "QAZel" markalı avtomobil "KamAZ" markalı avtomobillə toqquşub. Nəticədə "QAZel"in sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.