İmişlidə baş verən yol qəzasında sürücü ölüb. Bu haqda martın 23-də APA məlumat yayıb.
Sabirabad rayon sakininin idarə etdiyi “QAZel” markalı avtomobil “KamAZ” markalı avtomobillə toqquşub.
“QAZel”in sürücüsü xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.