Dövlət Məşğulluq Agentliyi tərəfindən "Minaaxtaran" peşəsi üzrə hazırlıq kursu təşkil edilib. Bu barədə 18 mart tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, kursa Tərtər, Ağdam və Bərdə rayonlarından 15 işsiz şəxs cəlb edilib. Nəzəri biliklərin tədrisindən sonra müdavimlər Cəbrayıl rayonunda təcrübə keçəcəklər. İmtahanları uğurla başa vuran şəxslər işğaldan azad olunan ərazilərdə əmək fəaliyyətinə başlayacaqlar.
Tədris müddətində müdavimlərə minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.