Mingəçevirdə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Bu barədə DİN sentyabrın 11-də məlumat verib.
Saxlanılan şəhər sakini İlkin Həsənovun üzərinə keçirilən baxış zamanı qurudulmuş marixuana, heroin və metamfetamin tapılıb. Onun yaşadığı ünvandan isə 428 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Digər əməliyyatlar nəticəsində üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ramiz Bayramov tutulub. Ondan narkotik vasitə olan heroin aşkar edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Bundan əvvəl, sentyabrın 10-da DİN-in keçirdiyi əməliyyatlar nəticəsində əvvəllər məhkum olunmuş Hüseynağa Qafarzadə həbs edilib. Onun üzərindən və yaşadığı evdən 14 kiloqram marixuana, 23 qram heroin və 2 qram metamfetamin götürülüb.