Şəmkir-Gədəbəy yolunda gecə saatlarından başlayaraq avtomobillər hərəkət edə bilmir. Bu haqda dekabrın 22-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Səbəb yolun buz bağlanmasıdır.
Əraziyə Şəmkir rayon 25 saylı Yol İstismar MMC-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Yola qum və duz səpilib.