Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqeləri yanvarın 8-də 13:50 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Bu haqda Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Atəş Ermənistanın Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan açılıb.
Qarşı tərəf cavab tədbirləri nəticəsində susdurulub. Azərbaycan ordusunun şəxsi heyət və texnikasında itki yoxdur.