top
Monteneqroda həbs olunan azərbaycanlının kimliyi məlum oldu
27 oktyabr 2025, 23:52
- ↺ +

Monteneqroda həbs olunan azərbaycanlının kimliyi məlum oldu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin bıçaqlanmasında adı hallananlar arasında Azərbaycan vətəndaşı da var.

Qafqazinfo.az xəbər verir ki, hazırda həbsdə olduğu bildirilən şəxsin kimliyi məlum olub. Belə ki, bu, 31 yaşlı Yaqub Qurbanovdur.

Həmin şəxsin iş yoldaşı Nəcəf Nəcəfli saytımıza müraciət edərək bildirib ki, hadisə oktyabrın 26-sı yaşadıqları binanın daşlanmasından sonra baş verib: “Biz burada tikinti işində çalışırıq və həm də yataqxanada yaşayırıq. Yerli sakinlər yaşadığımız binanı daşlamağa başladılar. Biz də polisə müraciət etdik. Polis də gəlib yataqxanada qalan 45 nəfər azərbaycanlını apardı bölməyə. İş yoldaşlarımız arasında türklər də var idi. Hətta yolda da bizdən kimi görsələr, tutub aparırdılar. Həmin gün düz gecə saat 4-ə kimi bizi orada saxladılar. Sonra bizi buraxdılar, amma Yaqubu buraxmadılar. Səbəb kimi isə Yaqubun ayaqqabısını şəhərdə baş verən bıçaqlanma hadisəsində iştirak edən adamın ayaqqabısına oxşatmaqları göstərilib. Bıçaqlanma hadisəsini törədən Türkiyə vətəndaşı olub və o qaçıb. Bizi də Türkiyə vətəndaşı bilib daşlayırlar. Artıq 36 saatdan çoxdur ki, Yaqub polis bölməsində saxlanılır”.

N.Nəcəflinin sözlərinə görə, yataqxanada kameralar var və bütün giriş-çıxışlar görünür: “Əgər belə bir şeylə ittiham olunuruqsa, gəlib kameraları açıb baxsınlar. Biz bura çörəkpulu dalınca gəlmişik. Dövlətimin, millətimizin üzünü qara edəcək heç nə etməmişik. İndi də vəziyyət çox pisdir. Səhərə qədər bizim binanı daşlayıblar, yata bilməmişik. Axırda da polis maşınını gətirib saxladılar burada. Küçələrdə də “türklər buranı tərk etsin, türklərə ölüm” şüarları ilə mitinqlər gedir. Dövlətimizdən kömək gözləyirik. Yaqub buraxılsın, onun heç bir günahı yoxdur”.

Məsələ ilə bağlı aidiyyəti qurumlara müvafiq sorğularla müraciət etmişik.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı 45 nəfər keçici olaraq polis nəzarətinə alınıb, 8 nəfər deportasiya olunub, 2 nəfərə isə məhkəmə nəzarəti tətbiq edilib. Bundan sonra Azərbaycan və Türkiyə icmalarına qarşı etirazlar və hücum cəhdləri baş verib. Oktyabrın 27-si polis türkiyəli vətəndaşlara hücum hazırlığında olduğu iddia edilən bir neçə Monteneqro vətəndaşını da saxlayıb. Əməliyyat zamanı beysbol dəyənəkləri və digər hücum alətləri ələ keçirilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər