Azad edilmiş ərazilərdə Azərbaycan ordusunun mühəndis-istehkam bölmələri apreldə 492 hektar ərazini mina və partlamamış döyüş sursatlarından tam təmizləyib. Bu barədə aprelin 16-da Müdafiə Nazirliyi məlumat yayıb.
Bu günədək ümumilikdə 15 026 hektar ərazi təmizlənib. Nəticədə 6 095 ədəd piyada əleyhinə, 2 172 ədəd tank əleyhinə və 9 368 partlamamış sursat məhv edilib.