top
Müsəlman gəlin, azərbaycanlı xasiyyətinə sahib rumıniyalı kürəkən: Rəfiqə və Vladın qeyri-adi tanışlıq HEKAYƏSİ - FOTO
15 fevral 2025, 00:20
- ↺ +

Müsəlman gəlin, azərbaycanlı xasiyyətinə sahib rumıniyalı kürəkən: Rəfiqə və Vladın qeyri-adi tanışlıq HEKAYƏSİ - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Qayınanam həmişə müsəlman gəlininin olmasını arzulayırdı”.

Sevgi bəzən ən gözlənilməz anlarda qarşımıza çıxır. Rəfiqə və Vlad Mironun hekayəsi də belədir.

Kaspi.аz bu cütlüyün tanışlıq hekayəsi ilə bağlı məqalə hazırlayıb.

Onlar İstanbulda qonşu olublar, ilk görüşləri isə film ssenarisini xatırladır:

"Biz Vladla İstanbulda tanış olduq. O, mənim qonşum idi. Təhsilimi bitirdikdən sonra bu şəhərdə yaşayıb işləmək üçün qaldım. Düzünü desəm onun görünüşü çox bəyənirdim. Bir gün mağazada Vladı gördüm. Satıcıdan ingilis dilində nəsə soruşmağa çalışsa da, qadın onu başa düşmürdü. Sonra kömək etmək qərarına gəldim. Biz belə tanış olduq. Vlada dedim ki, nəyəsə ehtiyac duyarsa, həmişə kömək etməyə hazıram. Sonra yaxınlıqdakı kafeyə getdik”.

Vlad Rəfiqə haqqında ilk təəssüratını belə xatırlayır:

“Rəfiqəni ilk gördüyümdə onun çox fərqli olduğunu hiss etdim. Nə rumın, nə də türk qızlarına bənzəyirdi. Əcnəbi olduğu hər halından bilinirdi. Həmçinin mənim orada tanıdığım kimsə yox idi, amma o, mənə kömək etdi. Tanımadığı birinə kömək etməyə çalışması mənə təsir etmişdi".

Vladın ilk görüşdə evlilik barədə danışması Rəfiqəni təəccübləndirib. İki həftə sonra Vlad ona evlilik təklifi edib, Rəfiqə də bu təklifə müsbət cavab verib.

Vlad Rəfiqənin ailə dəyərlərini çox bəyənib və onların tanışlıq dövrünün qısa olmasına baxmayaraq evlənməklə bağlı qərar verib. Ailələrinin dəstəyi ilə münasibətləri daha da möhkəmlənib.

Vlad Azərbaycan mətbəxini və adət-ənənələrini çox bəyənib. Onların ailələri arasında da çox oxşarlıqlar var.

Fərqli ölkədə olsa da, orada Rəfiqəni ailəsinin yanında kimi hiss etdirən məhz Vladın ailəsidir:

“Münasibətimizin dəstəkçilərindən biri də qayınanam olub. Vlad tərəddüd edərkən anası onun qərarını dəqiqləşdirməsində rol oynayıb. Qayınanam hər zaman müsəlman gəlini olmasını arzulayıb. O, mənə çox dəstək olur. Hər zaman mənim tərəfimi tuturlar. Vlad tək övlad olduğu üçün məni qızları kimi görürlər. Anam və atam qədər sevgi dolu yanaşırlar. Vlad mənim xətrimə dəydikdə onunla danışırlar, məni haqlı çıxarırlar”.

Mübahisəyə səbəb olan xasiyyət bəzən də ən sevilən olur. Cütlüyümüzdə də belə imiş:

“Vlad Avropa kişilərindən çox fərqlənir. Məsələn, qısa və açıq geyimdən xoşu gəlmir. Amma bəzən bu qədər keçmiş düşüncəli olmasını bəyənmirəm. Elə bilirəm ki, Vlad da azərbaycanlıdır. Vlad deyir ki, qadın axşam çölə çıxmaz, zamanında evə qayıdar. Arada olur ki, bunlara görə mübahisə edirik”.

Vladın bizə oxşayan tək xasiyyəti mühafizəkarlığı deyil. O da yoldaşına maşın sürməyi öyrədərkən səbirsiz davranır:

“Mənim Rəfiqə ilə daha çox mübahisəm maşın sürmək üstündə olur. Burada bütün qadınlar maşın sürür. İstəyirəm o da öyrənsin. Bir az ehtiyat edir, çəkinir deyə bəzən buna görə mübahisə edirik. Rəfiqə mənə deyir ki, bu xüsusiyyətlərinə görə azərbaycanlılara çox bənzəyirsən”.

[gallery link="file" size="full" ids="217670,217669,217672,217673,217671,217674,217668"]

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Bu gün, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi

Cəmiyyət
Bu gün, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Bu gün, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Bu gün, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Bu gün, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
Dünən, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Cəmiyyət
Dünən, 10:36

Məhkəmədə cəzaların toplanması qaydası dəqiqləşdi: Amnistiya alanlarla bağlı qərar

Cəmiyyət
Dünən, 09:49

Məktəbdəki insidentlə bağlı AÇIQLAMA

Cəmiyyət
Dünən, 09:11

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib - FOTO

Cəmiyyət
Dünən, 09:00

ABŞ-də vəfat edən qadının valideynləri OpenAI-ı məhkəməyə verib

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 33-cü günü: Qətiyyətli zəfərə gedən yol

İdman
28 oktyabr 2026, 16:43

Qadınların 95,3%-i, kişilərin 84%-i idmanla məşğul olmur: Azərbaycanda aparılan araşdırma nəyi göstərdi? - TƏHLİL

Oxşar xəbərlər