Bakıda narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub. Bu barədə aprelin 1-də APA məlumat yayıb.
Hökmə əsasən, Zaur Qarayev barəsində ittiham öz təsdiqini tapmadığından ona bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Zaur Qarayevə Cinayət Məcəlləsinin “külli miqdarda narkotik vasitənin dövriyyəsi” maddəsilə ittiham verilmişdi.