Naxçıvan gömrükçüləri narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıblar. Bu barədə martın 31-də Naxçıvan Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Sözügedən fakt Şahtaxtı dövlət sərhədindəki buraxılış məntəqəsində qeydə alınıb.
Belə ki, Naxçıvan ərazisindən keçməklə Türkiyəyə, oradan da Almaniyaya gedən İran vətəndaşının idarə etdiyi yük avtomobili saxlanılıb. Nəticədə avtomobilin qoşqusunun sandıqçasında olan ehtiyat hissənin içərisindən çəkisi 5 kiloqramdan artıq tiryək aşkarlanıb.
Faktla bağlı “qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi” maddəsilə cinayət işi açılıb.
[gallery columns="1" size="full" ids="39759"]