“Bir müddət öncə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutub. Gələcəkdə də belə bir görüşün keçirilməsini istisna etmirik”.
Bunu Xarici İşlər Nazirliyinin rəsmisi Leyla Abdullayeva oktyabrın 7-də bildirib.
Onun sözlərinə əsasən, Azərbaycan postmünaqişə dövründə danışıqlara hazır olduğunu dəfələrlə bəyan edib: “Biz hesab edirik ki, iki dövlət arasında kommunikasıyaların açılışı bölgədə sülhün qurulması istiqamətində sağlam zəmin yarada bilər".
Bundan əvvəl, sentyabrın 25-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qonşu ölkələrin XİN rəhbərlərin görüşü keçirilib. Görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması haqqında müzakirələr aparılıb.