Bakıda və Abşeron yarımadasında aprelin 2-də hava dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 8-10°, gündüz 16-18° isti olacaq.
Rayonlarda sabah hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11°, gündüz 24-29° isti, dağlarda gecə 1-6°, gündüz 12-17° isti olacaq.