Neftçala rayon ərazisində Kürün səviyyəsinin enməsi nəticəsində küp qəbirlər aşkarlanıb. Bu barədə aprelin 16-da Report-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
Qəbirlər rayonun Aşağı Surra, Balaca Surra, Pirəbbə, Cəngən kəndləri ərazisində Kür çayının səviyyəsinin enməsi nəticəsində çayın en kəsiyində aşkarlanıb.
Aşkarlanan abidələrdə tədqiqat işləri aparmaq üçün AMEA-nın əməkdaşları rayona ezam olunublar. Hazırda araşdırmalar davam etdirilir.