Novxanı çimərliyində bir nəfər batıb.
İnsanoid Report-a istinadən bildirir ki, hadisə Xəzər dənizinin Sumqayıt ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hələ şəxsiyyəti dəqiqləşdirilməyən şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.