Noyabrın 10-dan 12-dək havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək. Bu barədə noyabrın 8-də Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bəzi yerlərdə yağış yağacaq, şimal-qərb küləyi güclənəcək. Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərə qar yağacağı gözlənilir.