top
“Onlar xaricə gedəndə arvadı evdə tək qoymurlar, öldürüb gedirlər” – Bakıdakı qətlin təfərrüatı
03 noyabr 2025, 00:10
- ↺ +

“Onlar xaricə gedəndə arvadı evdə tək qoymurlar, öldürüb gedirlər” – Bakıdakı qətlin təfərrüatı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Binə qəsəbəsində 48 yaşlı həyat yoldaşı Lamiyə Məmmədovanı beysbol dəyənəyi ilə döyərək qətlə yetirən 1979-cu il təvəllüdlü Ramil Məmmədovun məhkəməsində dəhşətli faktlar açıqlanıb.

Teleqraf.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 12 il müddətinə azadlıqdan məhrum edilən Ramil Məmmədov məhkəmədə ifadə verib.

Təqsirləndirilən şəxs ifadəsində arvadını döydükdən sonra onu ölümcül vəziyyətdə qoyub Gürcüstana getdiyini bildirib:

“Gürcüstandan özümə maşın alıb gətirmək istəyirdim. Avtomobilimi satmışdım, Gürcüstana getmək üçün bilet aldım. Dostumun maşını ilə hava limanına getdik, lakin yolda yadıma düşdü ki, pasportum evdə qalıb. Geri qayıdanda ayaqqabı ilə evə girdim, arvadım qayıtdı ki, “sənin burada eşşəyin var?” Mən də onu təhqir etdim.

Onu vuranda əlim ağrıdığı üçün bu dəfə beysbol dəyənəyindən istifadə etdim. 5-6 dəfə vurandan sonra diz üstə çöküb ağzı üstə yerə yıxıldı. Bunu görəndən sonra hava limanına gedib Gürcüstana uçdum. Yolda qonşum Nofələ zəng edib Lamiyəni döydüyümü, onu xəstəxanaya aparmasını istədim. Tiflisdə olarkən Nofellə yenidən əlaqə saxladım, amma o, Lamiyənin öldüyünü dedi. Batumidə də 2 gün qaldım”.

Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirib ki, Tiflisdə olarkən arvadının öldüyünü eşitsə də, ölkəyə qayıtmayıb. Onu “İnterpol”un əməkdaşları saxlayıb.

Məhkəmədə Lamiyənin hüquqi varisi kimi qardaşı ifadə verib. Onun sözlərinə görə, Ramil xəvariclər deyilən dini qrupun üzvü olub:

“Xəvariclər qrupunun üzvləri uzaq yola gedəndə həyat yoldaşını tək qoyub getmir. Həyat yoldaşını öldürüb getmək onlar üçün müstəhəbdir. Xəvariclər tərəfindən Ramilə pul verilmişdi. Axşam saatlarında Nofələ zəng edərək Lamiyəni öldürdüyünü deyib”.

Qeyd edək ki, Ramil Məmmədov daha öncə də Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər