top
Özünü qadına sahibkar kimi tanıdan “KamAZ” sürücüsünə hökm oxundu
16 noyabr 2025, 23:01
- +

Özünü qadına sahibkar kimi tanıdan “KamAZ” sürücüsünə hökm oxundu

Xəzər Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəli Əkbərzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1 il 14 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, Vəli Əkbərzadə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə dələduzluq niyyəti ilə “Facebook” sosial şəbəkəsi vasitəsilə tanış olduğu zərərçəkmiş Kəmalə Lətifovaya (adı, soyadı şərtidir) yük avtomobili alıb icarəyə vermək adı altında guya birgə biznes qurmağı təklif edib. Təqsirləndirilən şəxs həmin yalan vədlərlə zərərçəkmişi aldadaraq etibarını qazanıb və nəticədə ondan müxtəlif vaxtlarda pul vəsaitlərini ələ keçirməyi qərara alıb.

Bu məqsədlə o, 2023-cü ilin aprel ayının əvvəlində qadını bank kartına 12 000 manat, həmin ayın ortalarında isə 8 000 manat məbləğində pulu öz adına olmayan, bank və hesab nömrəsini xatırlamadığı hesablara köçürməyə inandırıb. Daha sonra - 25 aprel 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Kəmalə ona əlavə olaraq 500 manat vəsaiti nağd şəkildə verib.

Beləliklə, Vəli qəsdlə, aldatma və etibardan sui-istifadə yolu ilə zərərçəkmiş şəxsin ümumilikdə 20 500 manat pul vəsaitini ələ keçirərək xeyli miqdarda ziyana səbəb olan dələduzluq cinayət əməli törədib.

Məhkəmə istintaqı zamanı Vəli Əkbərzadə özünü ittiham olunduğu əməli törətməkdə təqsirli bildiyini etiraf edib. O, ifadəsində deyib ki, ailəlidir və 2 yetkinlik yaşına çatmayan övladı vardır, əsasən yük avtomobili sürməklə ailəsini dolandırıb.

Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi 2023-cü ilin mart–aprel aylarında “Facebook” sosial şəbəkəsi vasitəsilə tanıdığını, ona özünü yalan olaraq bir neçə yük avtomobili olan sahibkar kimi təqdim etdiyini, Kəmaləyə isə anket məlumatlarını yalan deyib, özünü “Samir Məmmədzadə” adı ilə təqdim etdiyini söyləyib. Həmin dövrdə borclarının olması və qızının qan azlığı xəstəliyindən əziyyət çəkməsi səbəbindən onun müayinəsi və müalicəsi üçün pula ehtiyacı yarandığını, buna görə də yalan məlumatlarla zərərçəkmişi aldadaraq pul vəsaitlərini ələ keçirdiyini etiraf edib.

Vəli təxminən 2023-cü ilin aprel ayının əvvəlində zərərçəkmiş şəxsin 12 000 manat, ayın ortalarında isə 8 000 manat pulu öz adına olmayan hesablara köçürdüyünü, 2023-cü ilin aprel ayının sonlarında isə Binə qəsəbəsində zərərçəkmiş şəxsdən 500 manat məbləğində pulu nağd şəkildə aldığını qeyd edib. Aldığı bütün məbləği şəxsi borclarına və qızının müalicəsinə xərclədiyini, heç vaxt “KamAZ” markalı yük avtomobilinə sahib olmadığını, yalnız başqalarına məxsus belə avtomobillərdə sürücü kimi işlədiyini bildirib.

Təqsirləndirilən şəxs ifadəsində vurulmuş ziyanı tam ödədiyini və Kəmalə ilə barışdığını da vurğulayıb.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 18:00

Ağalarovun şirkəti "Crocus City Hall"a görə 36,5 milyon manat tələb edir

Bütün Xəbərlər
Dünən, 16:30

FIFA 2026-cı il dünya çempionatında danışılmış oyun faktı qeydə almayıb

Bütün Xəbərlər
Dünən, 13:49

Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqlənib

Bütün Xəbərlər
Dünən, 13:45

İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək

Bütün Xəbərlər
Dünən, 13:16

Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib

Bütün Xəbərlər
Dünən, 12:23

Autizmli uşağı avtobusdan düşürən sürücü ilə bağlı "BakuBus"dan AÇIQLAMA

Bütün Xəbərlər
Dünən, 12:16

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 11:06

Prezident İlham Əliyev Misir Prezidentini təbrik edib

Bütün Xəbərlər
Dünən, 10:49

Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sistemi genişlənir

Bütün Xəbərlər
Dünən, 09:14

UEFA Avropa Liqası: "Qarabağ" bu gün Bakıda ÇSKA ilə qarşılaşacaq

Bütün Xəbərlər
22 iyul 2026, 17:33

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya olunub

Bütün Xəbərlər
22 iyul 2026, 17:15

Dələduzluqda ittiham olunan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib

Bütün Xəbərlər
22 iyul 2026, 16:58

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Bütün Xəbərlər
22 iyul 2026, 15:17

"Neftçi" və "Qarabağ"ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək

Bütün Xəbərlər
22 iyul 2026, 14:39

Dövlət məktəblərində müəllimlərin geyim tələblərinə riayət olunması hüquqi müstəvidə təsbit edilib

Bütün Xəbərlər
22 iyul 2026, 14:31

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib

Bütün Xəbərlər
22 iyul 2026, 13:57

Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ

Bütün Xəbərlər
22 iyul 2026, 12:43

"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb

Bütün Xəbərlər
22 iyul 2026, 12:40

Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
22 iyul 2026, 11:45

Hikmət Hacıyev: "Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" - VİDEO

Bütün Xəbərlər
22 iyul 2026, 10:59

Görünməyən imzalar

Bütün Xəbərlər
22 iyul 2026, 10:46

Arzumun apellyasiya şikayəti üzrə məhkəmə başlayır

Bütün Xəbərlər
22 iyul 2026, 09:33

Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur

Bütün Xəbərlər
22 iyul 2026, 09:19

Sabiq naziri evində çəkiclə qətlə yetiriblər - TƏFƏRRÜAT

Oxşar xəbərlər