top
Paşinyan danışıqlarla bağlı sənədləri açıqladı - İlham Əliyev hansı təklifləri rədd edib?
02 dekabr 2025, 06:39
- +

Paşinyan danışıqlarla bağlı sənədləri açıqladı - İlham Əliyev hansı təklifləri rədd edib?

Ermənistan hökuməti “Qarabağ münaqişəsi danışıqlar prosesi ilə bağlı sənədlər”i dərc edib.

Azpost.info-nun məlumatına görə, sənədlərlə bağlı şərhdə deyilir ki, bunlar 2020-ci ildən əvvəl baş verən danışıqlar prosesinə ümumi baxış təqdim edən Qarabağ münaqişəsi danışıqlar prosesi ilə bağlı dövlət qurumlarında saxlanılan bir sıra sənədləri əhatə edir.

Bu sənədlərdən biri aprel döyüşlərindən sonra Ermənistan prezidenti Serj Sərkisyanın Rusiya prezidenti Putinə yazdığı məktubdur.

Məktub 5 avqust 2016-cı ildə yazılıb.

Sənəddə Sərksiyan Moskvanı Qarabağ münaqişəsinin həlli üçün çalışmalarını tərifləyir. Bununla yanaşı Sərksiyan qeyd edir ki, həm Madrid Prinsipləri, həm də “Kazan sənədi” erməni tərəflərinin tələb və gözləntilərini tam ödəməsə də, müəyyən dərəcədə balanslaşdırılmışdı: “Azərbaycan Prezidenti bir daha həmsədr ölkələrin və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymadan Kazanda əvvəllər razılaşdırılmış dilə ondan çox düzəliş təqdim etdi. Bundan əlavə, Azərbaycan tərəflərin 2007-ci ildən bəri həmsədr ölkələrin vasitəçiliyi ilə üzərində işlədiyi Madrid Prinsiplərini də rədd etdi”.

Sərksiyan Putinə yazır ki, “Azərbaycanın “əvvəlcə ərazilər, sonra bütün digər məsələlər” formulu olduqca təhlükəlidir: “Onun tətbiqi o demək olardı ki, Azərbaycan istənilən mərhələdə özü üçün əhəmiyyətli risk yaratmadan nizamlama prosesini dayandıra bilər”.

2016-cı ilin may və iyun aylarında Vyana və Sankt-Peterburqda keçirilən Dağlıq Qarabağ sammitlərini xatırladan Sərksiyan qeyd edir ki,  bu görüşlər sülh prosesi üçün müəyyən ümidlər yaratmşdı: “Lakin Bakı son dərəcə kəskin mövqe tutaraq, hadisənin araşdırılması mexanizminin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səlahiyyətlərinin genişləndirilməsi və atəşkəsə riayət edilməsi barədə əldə edilmiş razılaşmaları həyata keçirməkdən imtina edib”.

Sənəddən mlum olur ki, Prezident Əliyevin Sankt-Peterburq sammitinin nəticələrinin şərhi Sarksiyanı narahat edib. Xatırldaq ki, prezident İlham Əliyev açıqlamasında beş, daha sonra daha iki rayonu təslim etmək barədə razılığa gəldiklərini,  yalnız bundan sonra bütün digər məsələlər müzakirə olunacağını demişdi.

Daha sonra Sarksiyan Putinə müraciətində XİN başçısı Sergey Lavrovun təqdim etdiyi ideyalarla bağlı mülahizələrini qeyd edib:  “Bizim üçün bu, Dağlıq Qarabağın “təhlükəsizlik zonası”nın (İşğal olunmuş 6 rayon nəzərdə tutulur-red) əhəmiyyətli dərəcədə azaldılması artıq hərbi güc balansının pozulmasına səbəb olardı. Əsl ərazi güzəşti yalnız həmsədr ölkələrin Dağlıq Qarabağın aralıq və yekun statusu ilə bağlı bəyanatı ilə kompensasiya edilə bilməz. Əslində, Azərbaycan Dağlıq Qarabağda gələcək referendum və ya Dağlıq Qarabağın ara statusu ilə bağlı heç bir açıq öhdəlik götürmür.

Əminəm ki, beş rayon əldə etdikdən sonra Azərbaycan daha da sərt olacaq. Aydındır ki, Bakı bu rayonları əldə etməklə Ermənistana hərbi və diplomatik təzyiqi artırmağa, daxili qanunvericiliyinə istinad edərək digər əraziləri geri almağa çalışaraq və Dağlıq Qarabağın yekun hüquqi statusu ilə bağlı qərar qəbul etməkdən imtina edəcək”.

Sərksiyan yazır ki, İlham Əliyev Dağlıq Qarabağ üçün aralıq statusun amorf versiyası və tamamilə qeyri-müəyyən referendum perspektivi müqabilində yalnız öz problemlərinin həllini tələb edir:  “Bir məsələ aydındır: Azərbaycan gələcək referendumu Azərbaycanın ərazi bütövlüyü çərçivəsinə salmaq üçün cidd cəhdlər göstərir. İlham Əliyev daim Dağlıq Qarabağda referendum keçirilməsinə maneə kimi Azərbaycan Konstitusiyasına istinad edir. Üstəlik Əliyev hətta uzaq gələcəkdə də referendum keçirmək ehtimalını istisna edib”.

Daha sonra Sarksiyan Putinə öz təkliflərini yazır.

Sarksiyan yazır ki, Dağlıq Qarabağ sül danışıqlarının bütün mərhələlərində iştirakını təmin edilməlidir. Dağlıq Qarabağın yekun hüquqi statusu müəyyən edilənə qədər Kəlbəcər və Laçın rayonlarının Dağlıq Qarabağın tam nəzarəti altında qalacağını bildirməlidr.

Yekun status müəyyən edilənə qədər Dağlıq Qarabağa “müvəqqəti status” veriləcəyini vurğulanmalıdır.

Sarkisyan yazır ki, 5 rayon Azərbayacan qaytarılmalı olsa “silahsızlaşdırılmış ərazi” kimi qalmalıdır.

Bu sənədləri oxuduqca Azərbaycan prezidenti İlham Əliyevin beynəlxaq təzyiqlər altında sona qədər dövlətin maraqları uğrunda mübarizəsinin şahidi oluruq.

Ermənistanın və digər vasitəçilərin isə Qarabağ münaqişəsində mövqeyi bir daha aydın olur.

İndi bu sənədlər artıq lazımsız kağıza çevrilib. Yalnız arxiv üçündür. Azərbaycan apardığı qalibiyyətli müharibə ilə öz ərazi bütövlüyünü tam bərpa edib.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 18:00

Ağalarovun şirkəti "Crocus City Hall"a görə 36,5 milyon manat tələb edir

Bütün Xəbərlər
Bu gün, 16:30

FIFA 2026-cı il dünya çempionatında danışılmış oyun faktı qeydə almayıb

Bütün Xəbərlər
Bu gün, 13:49

Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqlənib

Bütün Xəbərlər
Bu gün, 13:45

İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək

Bütün Xəbərlər
Bu gün, 13:16

Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib

Bütün Xəbərlər
Bu gün, 12:23

Autizmli uşağı avtobusdan düşürən sürücü ilə bağlı "BakuBus"dan AÇIQLAMA

Bütün Xəbərlər
Bu gün, 12:16

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
Bu gün, 11:06

Prezident İlham Əliyev Misir Prezidentini təbrik edib

Bütün Xəbərlər
Bu gün, 10:49

Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sistemi genişlənir

Bütün Xəbərlər
Bu gün, 09:14

UEFA Avropa Liqası: "Qarabağ" bu gün Bakıda ÇSKA ilə qarşılaşacaq

Bütün Xəbərlər
Dünən, 17:33

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya olunub

Bütün Xəbərlər
Dünən, 17:15

Dələduzluqda ittiham olunan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib

Bütün Xəbərlər
Dünən, 16:58

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Bütün Xəbərlər
Dünən, 15:17

"Neftçi" və "Qarabağ"ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək

Bütün Xəbərlər
Dünən, 14:39

Dövlət məktəblərində müəllimlərin geyim tələblərinə riayət olunması hüquqi müstəvidə təsbit edilib

Bütün Xəbərlər
Dünən, 14:31

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib

Bütün Xəbərlər
Dünən, 13:57

Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ

Bütün Xəbərlər
Dünən, 12:43

"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb

Bütün Xəbərlər
Dünən, 12:40

Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 11:45

Hikmət Hacıyev: "Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" - VİDEO

Bütün Xəbərlər
Dünən, 10:59

Görünməyən imzalar

Bütün Xəbərlər
Dünən, 10:46

Arzumun apellyasiya şikayəti üzrə məhkəmə başlayır

Bütün Xəbərlər
Dünən, 09:33

Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur

Bütün Xəbərlər
Dünən, 09:19

Sabiq naziri evində çəkiclə qətlə yetiriblər - TƏFƏRRÜAT

Oxşar xəbərlər