Peşə liseylərinin şagirdləri üçün martın 14-də keçirilən Azərbaycan dili imtahanının nəticələri elan olunub.
İmtahan nəticələri martın 16-da saat 15:24-dən etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.
Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən istifadə etməklə öz imtahan nəticələrini öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 95 nəfərdən 6 nəfər imtahana gəlməyib.