Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi - diplom və ya sertifikat veriləcək. Bu haqda oktyabrın 15-də Milli Məclisin keçirilən iclasında qərar qəbul edilib.
Bu sənəd məzunlara ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradacaq.
Peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ verilir.
Həmçinin subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaq.