Azərbaycanda daha iki universitetdə tələbələr arasında COVID-19-a yoluxma faktları qeydə alınıb. Bu barədə oktyabrın 19-da Report məlumat verib.
Belə ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 14 qrupu təhsili distant rejimdə davam etdirəcək.
Həmçinin Bakı Mühəndislik Universitetində təhsil alan 3 tələbə koronavirusa yoluxub. Həmin tələbələr 14 gün müddətinə distant təhsilə keçib.