“Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidenti Rikardo Sançes 6 sentyabr tarixində Federasiyanın səhifəsində və Perunun “Expreso” xəbər portalında “Ermənistan-Azərbaycan münaqişəsinin dəhşətləri” adı altında məqalə dərc edib.
Jurnalist məqaləsində Cəbrayıl, Füzuli, Gəncə, Ağdam və Şuşada ermənilərin törətdiyi hərbi cinayətləri işıqlandırıb. O, Azərbaycanın 30 ilə yaxın işğalda saxlanılmış torpaqlarının Ermənistan tərəfindən xarabalığa çevrilməsinin şahidi olduğunu qeyd edib.
Rikardo Gəncənin döyüş zonasından uzaqda yerləşdiyinə baxmayaraq atəşə tutulması və nəticədə 26 mülki şəxsin həlak olması barədə danışıb.
Avqustun 23-dən 29-na kimi Meksika, Kolumbiya, Peru, Qvatemala, Kosta-Rika, Honduras və Panamanın media nümayəndələri Azərbaycana səfər ediblər. Səfərin əsas məqsədi Vətən müharibəsindən sonra regionlarda yaranmış vəziyyəti işıqlandırmaq olub.