Bakının Xəzər rayonundakı “Mayak” çimərliyində öz həyatını itirən 21 yaşlı polis boğulma təhlükəsi ilə üzləşən 4 nəfəri ölümdən xilas edə bilib. Bu barədə sentyabrın 4-də Trend məlumat verib.
Məlumata əsasən, polis əməkdaşı sahildə olarkən dənizdə bir ailənin 5 üzvünün boğulma təhlükəsilə üzləşdiyini görüb. Özünü dənizə atan polis 4 nəfəri sahilə çıxarıb. Xilas etdiyi şəxslərdən biri epilepsiya keçirib və polis əməkdaşı həmin şəxsin həyatını təkrar xilas edə bilib.
Xilas edilənlər daha bir nəfərin dənizdə batmaq təhlükəsində olduğunu deyib. Gənc polis yenidən dənizə girərək həmin şəxsi də xilas etmək istəyib. Amma yorğun və halsız olduğundan sonuncu şəxsi xilas edə bilməyib. Nəticədə hər ikisi həyatını itirib.
***
03.09.2021, 11:41
Sentyabrın 2-də Xəzər rayonundakı “Mayak” çimərliyində 21 yaşlı polis boğulma təhlükəsi ilə üzləşən bir nəfəri xilas etməyə çalışanda öz həyatını da itirib. Bu barədə sentyabrın 3-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşı bir nəfərin suda boğulduğunu görərək, özünü dənizə atıb. Lakin dərinlik və yüksək dalğalar ona mane olub. Nəticədə hər iki şəxs həyatını itirib.
Ötən sutka ərzində dənizdə çimərlik ərazisində batma təhlükəsi olan 4 nəfər xilas edilib.